Səid Bağırovdan gənclərin inkişafına dəstək

blog
  • 31 Oktyabr 2026
  • 12 baxış

Səid Bağırovdan gənclərin inkişafına dəstək

Apply-Uni şirkətinin təmsilçisi Səid Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan “İnkişaf Marafonu” çərçivəsində tələbələrlə görüşərək təlimçi qismində çıxış edib.

"İqtisadiyyat və idarəetmə" fakültəsi və "İqtisadçı Vətənpərvərlər" Təşkilatının birgə təşəbbüsü ilə reallaşan proqram gənclərin şəxsi potensialının üzə çıxarılması və peşəkar inkişafına dəstək məqsədi daşıyıb.

Görüş zamanı Səid Bağırov öz təcrübəsindən irəli gələn nümunələr əsasında tələbələrlə fikir mübadiləsi aparıb. Şəxsi inkişaf, effektiv ünsiyyət, qarşıya çıxan çətinliklərin həlli, düzgün qərarvermə və karyera hədəflərinin müəyyənləşdirilməsi kimi mövzular təlimin əsas istiqamətlərini təşkil edib.

İnteraktiv müzakirələrlə davam edən proqramda tələbələr onları maraqlandıran sualları ünvanlamaq, müxtəlif mövzular üzrə fikirlərini bölüşmək və praktiki təcrübədən faydalanmaq imkanı əldə ediblər.

Apply-Uni şirkəti olaraq gənclərin şəxsi və peşəkar inkişafına töhfə verən təşəbbüsləri dəstəkləməyi əhəmiyyətli hesab edirik. Bilik və təcrübənin paylaşılmasının onların gələcək fəaliyyətlərinə mühüm töhfə verdiyinə inanır və bu istiqaməti fəaliyyətimizin vacib hissəsi kimi qiymətləndiririk.

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib