- 19 Oktyabr 2026
- 8 baxış
Miskolc Universiteti "Study in Europe" Təhsil Sərgisində
10–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən “Study in Europe” Təhsil Sərgisində Macarıstanın Miskolc Universiteti təmsil olunub.
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə təsadüf edən tədbir Avropada ali təhsil imkanlarının təşviqi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.
Avropanın 16 ölkəsindən 60-dan çox universitet və təhsil təşkilatı iştirak edib. Tədbir tələbələrə və valideynlərə Avropa universitetlərinin nümayəndələri ilə birbaşa əlaqə qurmaq, təhsil proqramları və təqaüd imkanları haqqında ətraflı məlumat əldə etmək fürsəti yaradıb.
Sərgidə Miskolc Universitetini universitetin nümayəndəsi Dr. Burak Akın və onun Azərbaycandakı rəsmi nümayəndəliyi olan Apply-Uni-nin əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində ziyarətçilərə Macarıstanda təhsil imkanları, Miskolc Universitetinin akademik proqramları və təqaüd perspektivləri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, təhsil sahəsində fəaliyyət göstərən agentlərlə görüşlər keçirilib, universitetdə təhsilin üstünlükləri diqqətə çatdırılıb və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Miskolc Universitetində təhsil imkanları haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
WhatsApp: +99410-527-10-40
İnstagram: Apply_Uni
Paylaş:

Şərh Yazın
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib