Loading...

Ali məktəblərə qəbul nəticələri açıqlanıb

blog
  • 25 Avqust 2026
  • 72 baxış

Ali məktəblərə qəbul nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrini açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin paylaşdığı rəsmi məlumatlara əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə 87 146 abituriyent iştirak edib. Onlardan 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Qəbul olunanların 28 108 nəfəri dövlət sifarişi əsasında, 30 522 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bundan əlavə, 317 nəfər dövlət hesabına təhsil almaq hüququ qazanıb.

"Apply-Uni" komandası olaraq, bu il universitetə qəbul olan bütün abituriyentləri ürəkdən təbrik edir, qarşıdakı tələbəlik illərində onlara uğurlar arzulayırıq. Arzuladığı nəticəni əldə edə bilməyən abituriyentlərə isə ruhdan düşməməyi, məqsədlərindən vaz keçməməyi və bundan sonra qarşılarına çıxan imkanları düzgün dəyərləndirməyi tövsiyə edirik. Çünki əldə olunan nəticə gələcəyinizi tam müəyyənləşdirmir, qarşıda sizi yeni imkanlar və seçimlər gözləyir.

Hər bir gəncə gələcək təhsil və karyera yolunda uğurlar arzulayırıq.

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib