Loading...

2025/2026-cı tədris ilindən elektron attestatlar tətbiq olunacaq

blog
  • 13 İyul 2026
  • 138 baxış

2025/2026-cı tədris ilindən elektron attestatlar tətbiq olunacaq

2025/2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına attestatlar elektron formatda təqdim olunacaq. Yeni sistem məzunlara attestatlarını istənilən vaxt rəqəmsal mühitdə əldə etmək imkanı yaradacaq və təxminən 300 min nəfəri əhatə edəcək. Elektron attestatların tətbiqi sənədlərin idarə olunmasını asanlaşdırmaq, xidmətləri daha operativ etmək və təhsil sahəsində rəqəmsallaşmanı genişləndirmək məqsədi daşıyır.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov məsələyə aydınlıq gətirib:
"Yenilik ondan ibarətdir ki, elektron attestatların verilməsi mərkəzləşdirilmiş rəqəmsal platforma üzərindən həyata keçiriləcək. Bu platforma elektron hökumət sisteminə inteqrasiya olunacaq və hər bir məzunun məlumatları vahid məlumat bazasında saxlanılacaq. Attestat artıq fiziki sənəd kimi deyil, unikal identifikasiya kodu və ya QR kod vasitəsilə təsdiqlənən rəqəmsal sənəd kimi təqdim olunacaq. Bu, həm sənədlərin doğrulanmasını asanlaşdıracaq, həm də saxtalaşdırma riskini minimuma endirəcək. Proses normativ hüquqi aktlarla tənzimlənəcək və məlumatların qorunması, əlçatanlıq və istifadə qaydaları aydın şəkildə müəyyən ediləcək".


Mövzu ilə bağlı ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz
Modern.az

 

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib