Loading...

Polşanın VIZJA Universitetinin nümayəndəsi Azərbaycanda tərəfdaşlarla görüşüb

blog
  • 06 İyul 2026
  • 4 baxış

Polşanın VIZJA Universitetinin nümayəndəsi Azərbaycanda tərəfdaşlarla görüşüb

13 iyun tarixində Polşanın VIZJA Universitetinin nümayəndəsi Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə səhər yeməyi formatında görüş təşkil edilib.

Görüş zamanı Polşada ali təhsil sahəsində mövcud vəziyyət, beynəlxalq tələbələrin qəbulu prosesi, son dövrlərdə baş verən yeniliklər və qarşıda gözlənilən dəyişikliklər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin universitetlə təhsil agentlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, tələbələrə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və qəbul prosesinin daha səmərəli təşkili ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Tədbir iştirakçıları Polşada təhsil almaq istəyən tələbələrin qarşılaşdığı aktual məsələləri də gündəmə gətirərək, onların həlli istiqamətində fikir və təkliflərini bölüşüblər. Görüş qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və gələcək layihələrin planlaşdırılması baxımından məhsuldar keçib.

Ətraflı məlumat üçün:
WhatsApp: 
 +99410-527-10-40 / +99470-527-10-40
İnstagram:  Apply_Uni

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib