- 06 İyul 2026
- 6 baxış
Miskolc Universitetinin nümayəndəsi Azərbaycanda
23–25 iyun tarixlərində Macarıstanın Miskolc Universiteti`nin nümayəndəsi Dr.Burak Akın Azərbaycanda səfərdə olub. Səfərin əsas məqsədi universitetin Azərbaycan üzrə tərəfdaşları ilə əlaqələri daha da gücləndirmək, tələbələrlə birbaşa ünsiyyət qurmaq və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.
Səfər çərçivəsində Azərbaycanın xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri ilə səhər yeməyi formatında işgüzar görüş təşkil edilib. Səmimi və məhsuldar atmosferdə keçən görüş zamanı Miskolc Universiteti haqda geniş məlumat, Azərbaycan bazarında təhsil imkanlarının genişləndirilməsi, tələbə qəbulu prosesinin təkmilləşdirilməsi və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfər proqramı çərçivəsində Miskolc Universitetinə qəbul almış, eləcə də universitetdə təhsil almağı planlaşdıran tələbə və onların valideynləri ilə görüş keçirilib. Görüş zamanı iştirakçılar universitetdə təhsil prosesi, fakültələr və ixtisaslar, təqaüd imkanları, yataqxana və yaşayış şəraiti, tələbə həyatı, Macarıstanda gündəlik yaşam, həmçinin qəbuldan sonrakı mərhələlərlə bağlı suallarını birbaşa universitet nümayəndəsinə ünvanlamaq imkanı əldə ediblər.
Miskolc Universitetinin nümayəndəsinin Azərbaycana səfəri "Apply-Uni" xaricdə təhsil şirkəti ilə universitet arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Biz tərəfdaş universitetlərimizlə daim sıx əlaqə saxlayaraq tələbələrimiz üçün daha geniş təhsil imkanları yaratmağa, xidmət keyfiyyətimizi davamlı olaraq inkişaf etdirməyə və onlara hər mərhələdə etibarlı dəstək göstərməyə çalışırıq. İnanırıq ki, bu cür görüşlər gələcəkdə də uğurlu əməkdaşlıqların və yeni layihələrin əsasını təşkil edəcək.
Ətraflı məlumat üçün:
WhatsApp: +99410-527-10-40 / +99470-527-10-40
İnstagram: Apply_Uni
Paylaş:

Şərh Yazın
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib