Loading...

Apply-Uni Sumqayıtda keçirilən Beynəlxalq Təhsil sərgisində iştirak edib

blog
  • 03 Mart 2026
  • 10 baxış

Apply-Uni Sumqayıtda keçirilən Beynəlxalq Təhsil sərgisində iştirak edib

28 fevral 2026-cı il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Şöbəsi və Headway Education təhsil şirkətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində Beynəlxalq Təhsil Sərgisi keçirilib.

Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi saat 11:00-da başlayaraq 17:00-dək davam edib. Sərgi çərçivəsində xaricdə təhsilə maraq göstərən şagirdlər, abituriyentlər və valideynlərlə birbaşa görüşlər keçirilib. İştirakçılara təmsilçisi olduğumuz universitetlər üzrə ixtisas seçimləri, qəbul mərhələləri, sənədləşmə prosesi və mövcud təqaüd imkanları barədə ətraflı məlumat təqdim olunub.

Sərgi çərçivəsində aşağıdakı universitetlər rəsmi nümayəndə qismində təmsil edilib:

AFM Krakow (Polşa)
VIZJA University (Polşa)
Munich University of Digital Technologies (Almaniya)
University of Miskolc (Macarıstan)

Apply-Uni olaraq xaricdə təhsil sahəsində tələbələrə peşəkar istiqamətləndirmə və rəsmi nümayəndəlik əsasında birbaşa qəbul dəstəyi göstərməyə davam edirik.


Ətraflı məlumat üçün:
WhatsApp: 
+99410-527-10-40 / +99470-527-10-40
İnstagram:  Apply_Uni

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib