Loading...

Miskolc Universitetində yeni strateji əməkdaşlıq

blog
  • 20 Fevral 2026
  • 14 baxış

Miskolc Universitetində yeni strateji əməkdaşlıq

Məmnuniyyətlə bildiririk ki, rəsmi nümayəndəsi olduğumuz University of Miskolc ilə Rotaqua Kft. arasında geotermal enerji və dərin qazma sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Miskolc universitetinin Mühəndislik və Ətraf Mühit Elmləri Fakültəsi ilə Macarıstanın dərin qazma və geotermal tədqiqat sahəsində fəaliyyət göstərən Rotaqua Kft. arasında imzalanan bu strateji əməkdaşlıq geotermal enerji tədqiqatları və dərin qazma sahəsində universitetin elmi-tədris potensialını sənaye təcrübəsi ilə əlaqələndirmək, tələbələrə real iş mühitində təcrübə qazandırmaqdır. 

Məlumat üçün bildirək ki, tərəfdaş şirkət olan Rotaqua Kft. 1990-cı ildə Macarıstanın Mecsek Ore Mining Company (MÉV) şirkətinin Kəşfiyyat və Dərin qazma bölməsi əsasında yaradılmış, dərin qazma və geoloji tədqiqat sahələrində fəaliyyəti ilə tanınmış şirkətdir. Şirkətin kökləri 1955-ci ilə qədər gedib çıxır. Hazırda dövlət mülkiyyətində olmaqla strateji sektorda fəaliyyətini davam etdirir.

Rotaqua Kft. geotermal quyuların tamamlanması, geoloji struktur tədqiqat qazma işləri, nüvə tullantılarının yerləşdirilməsi üçün dərin qazma proqramları, ətraf mühit və geoteznik qazma işləri kimi geniş xidmətlər göstərir. Şirkət 20-dən çox müasir qazma avadanlığı və yüksək ixtisaslı mütəxəssisdən ibarət komandaya malikdir.

Bu əməkdaşlıq Miskolc universitetinin tələbələrinə real sənaye təcrübəsi və yüksək səviyyəli peşəkar biliklər əldə etmək üçün güclü platforma təqdim edəcək, eyni zamanda əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına mühüm töhfə verəcəkdir.

 

 

Paylaş:

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!

Şərh Yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnibE-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan xanalar * ilə işarələnib