Xaricdə Təhsil Forumu 2023

12 noyabr 2023-cü il “Xaricdə Çörək”in təşkil etdiyi Avropa Azərbaycan Məktəbində keçirilən Xaricdə Təhsil Forumunda Apply-UNİ Xaricdə Təhsil olaraq sponsor kimi iştirak etdik. Forumda xaricdə yüksək reytinqli universitetdə təhsil almış spikerlər öz təcrübəsini 1000 nəfərə yaxın auditoriya ilə bölüşdü. Bu forum artıq 3-cü dəfədir təşkil olunur. Hər dəfə iştirakçılar xaricdə təhsil haqqında geniş məlumatlar əldə edirlər. Bu il biz də sponsor kimi forumda iştirak etdik və iştirakçıların maariflənməsində yardımçı olduq. İştirakçıları əməkdaşlıq etdiyimiz həm eksklüziv nümayəndəsi olduğumuz University of Economics and Human Sciences in Warsaw, həm də rəsmi nümayəndəsi olduğumuz Munich Business School universitetləri haqqında məlumatlandırdıq. Həmçinin müəyyən iştirakçılara xarici universitetlərdə təhsil təqaüd təklif etdik.

Study in Poland

X