Apply-UNİ Xaricdə Təhsil Beynəlxalq Təhsil Sərgisində

7 Aprel tarixində Apply-UNI Xaricdə Təhsil şirkəyinin də iştirak etdiyi Beynəlxalq Təhsil Sərgisi müvəffəqiyyətlə başa çatdı .Sərgi zamanı tələbələr partnyoru olduğumuz universitetlər: University of Economics and Human Sciences in Warsaw və Munich Business School haqqında ətraflı məlumat almaq şansı əldə etdilər. Həmçinin qəbul prosesi, təqaüdlər,viza haqqında detallı məlumatları təqdim etdik.Eləcə də bir çox tələbələr 1 iyun tarixində Bakıda təşkil edəcəyimiz “UEHS Scholarship” təqaüd imtahanından qeydiyyatdan keçdilər. Tələbələr arasında həm bakalaviatura, həm də magistratura təhsili üçün Avropada təhsil almaq istəyənlər var idi. Ümid edirik ki, sərgi iştirakçıları gələcəkləri üçün vacib məlumatlar əldə etdi və arzularına bir addım daha yaxınlaşdı.

Study in Poland

X