SUALLAR

Tez-tez verilən suallar

Ofisiniz saat neçəyə qədər işləyir?

Bazar ertəsindən şənbə günü də daxil olmaqla saat 09:00-dan 18:00-a qədər ofisimiz daima açıqdır.

Sənədlərin toplanılmasına kömək edirsinizmi?

Əlbəttə edirik! Hansı sənədlərin lazım olduğunu və onların haradan necə əldə olunması üzrə sizləri maarifləndiririk.

Xidmət haqqınız nə qədərdir?

Ödənişsizdir. İstədiyiniz qədər ofisimizə buyurub gəlib istədyiniz qədər xaricdə təhsil ilə bağlı suallarınızı soruşa bilərsiniz!

Viza konsultasiya xidmətiniz varmı?

Bəli, var. Ödənişsiz şəkildə tələbələri bu istiqamətdə maarifləndiririk. 

Təqaüd imtahanı neçə dəfə keçirilir?

İldə 2 dəfə keçirilir. Yaz və payız semestrləri qəbul olmaq istəyənlər üçün təşkil olunur.

Hansı ölkələr ilə işləyirsiniz?

Polşa, Almaniya, Türkiyə universitetləri ilə əməkdaşlıq edirik. Eksklüziv və rəsmi nümayəndəsi olduğumuz universitetlərə ödənişsiz müraciət edirik.

Konsultasiyaya onlayn qoşula bilərik?

Bəli. Onlayn konsultasiya xidmətimiz mövcuddur. İstənilən məkandan konsultasiyamıza qoşularaq suallarınıza cavab tapa bilərsiniz.

Ofisinizə gələ bilərik?

Bəli, əlbəttə. Telefon nömrəmizlə əlaqə saxlayaraq gün təyin edib ofisimizə yaxınlaşa bilərsiniz. 

Təqaüd aylıq verilir?

Xeyr. Təqaüd təhsil haqqını azaldır və ilk ili əhatə edir. 10-100% olmaqla tələbənin təqaüd imtahanında topladığı nəticəyə uyğun təklif olunur.

Ofisiniz harada yerləşir?

Ofisimiz Cəfər Cabbarlı 44, Caspian Plaza 2, 2-ci mərtəbədə yerləşir. 

Study in Poland

X