20 aprel tarixində GLC Təhsil Şirkəti tərəfindən təşkil olunan Təhsil Sərgisində Apply-Uni Xaricdə Təhsil Şirkəti olaraq iştirak edəcəyik.
Sərgi zamanı xaricdə təhsil almaq istəyən abituriyentlər və tələbələr üçün Avropa universitetlərində təhsil imkanları, ixtisaslar, qəbul şərtləri və viza prosesi ilə bağlı rəsmi məlumatlar təqdim olunacaq.
Apply-Uni Xaricdə Təhsil stendində aşağıdakı universitetlərin rəsmi nümayəndəliyi üzrə məlumatlar paylaşılacaq:
Miskolc Universiteti – Macarıstan
Vizja Universiteti – Polşa
Krakow Tibb Universiteti – Polşa
MUDT Universiteti – Almaniya
Ziyarətçilər sərgi müddətində fərdi konsultasiya alaraq qəbul prosesi və təhsil imkanları ilə bağlı suallarına cavab tapa biləcəklər.