Apply-Uni Xaricdə Təhsil Şirkəti olaraq Polşada təhsil almaq istəyən abituriyent və tələbələr üçün maarifləndirici seminar təşkil edirik.
Seminar zamanı iştirakçılara Polşanın aparıcı universitetlərindən olan həmçinin rəsmi nümayəndəsi olduğumuz VİZJA Universitetində təhsil imkanları, ixtisas seçimləri, qəbul və viza prosesi, təhsil haqları, təqaüd imkanları və yaşayış şəraiti haqqında ətraflı məlumat veriləcək.
🎓 Polşada bakalavr və magistr təhsili
📚 Ən çox seçilən ixtisaslar və universitetlər
📝 Qəbul şərtləri və tələb olunan sənədlər
💶 Təhsil haqları və təqaüd imkanları
🏠 Yataqxana və yaşayış xərcləri
🇵🇱 Polşa tələbə vizası prosesi
💼 Təhsil zamanı və məzuniyyətdən sonra iş imkanları
Seminar pulsuzdur və iştirakçılar suallarını birbaşa mütəxəssislərimizə ünvanlaya biləcəklər.