Apply-Uni Xaricdə Təhsil Şirkəti olaraq rəsmi təmsilçisi olduğumuz Miskolc Universiteti ilə bağlı təşkil etdiyimiz məlumatlandırıcı tədbirdən görüntüləri sizinlə bölüşürük.
Tədbir çərçivəsində iştirakçılara Miskolc Universitetinin beynəlxalq tələbələr üçün təqdim etdiyi təhsil imkanları, mövcud ixtisaslar, qəbul və sənədləşmə qaydaları, təhsil haqları, eləcə də yataqxana və yaşayış şərtləri barədə ətraflı məlumat verildi. Eyni zamanda Macarıstanda tələbə həyatı, iş imkanları və məzuniyyət sonrası perspektivlər də müzakirə olundu.
Görüş zamanı iştirakçıların sualları cavablandırıldı, fərdi məsləhətlər təqdim edildi və universitetə qəbul prosesi ilə bağlı praktiki tövsiyələr paylaşıldı.
Tədbirdə iştirak edən bütün tərəfdaş şirkətlərə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.