Türkiyənin dövlət və özəl universitetlərində attestatla təhsil!
Türkiyədə təhsil almaq bir çox geniş imkanlar təklif edir. Türkiyə, dünya üzrə tanınmış universitetləri, yüksək keyfiyyətli təhsil proqramları ilə xarici tələbələr üçün cəlbedici bir ölkədir. İstər viza prosesinin olmaması istərsə də təhsil və yaşam xərclərinin uyğunluğu baxımdan Türkiyə Azərbaycanlı abituriyent və tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biridir.
Türkiyənin dünyaca nüfuzlu universitetləri bir çox fərqli sahələrdə bakalavr, magistr və doktorantura proqramları təklif edir.
Sual – Türkiyədə təhsil müddəti nə qədərdir?
Cavab– Təhsil Sistemi aşağıdakı kimidir
– Bakalavr təhsili – 4 il ( Tibb və stomotologiya bölümləri istisna )
– Magistr təhsili – 1.5 il ( testsiz proqramlar üçün )
– Doktorantura təhsili – 3 və ya 4 ili əhatə edir.
Türkiyədə təhsil bizə bir çox fürsətlər təklif edir.
Bunlara aşağıdakılar daxildir.
– Beynəlxalq tanınma ;
– Erasmus + proqramı;
– Təqaüd imkanları
– İş tapma imkanları və s.
Tələbələrin və abituriyentlərin diqqətini çəkən ən önəmli məqam isə yüksək keyfiyyətli təhsilin olmasına baxmayaraq, təhsil haqqı xərclərinin aşağı olmasıdır.
Sual – Türkcə təhsil üçün hansı sənəd tələb olunur?
Cavab– Türk dilində təhsil
almaq istəyən bütün tələbələrin TYS (Türkce Yeterlilik Sınavı) nəticəsi olması vacib şərtdir.
Bakalavr pilləsinə qəbul üçün tələb
olunan sənədlər aşağıdakılardır:
– Attestat və ya arayış
– Transkript ( 9-10-11 ci sinifin qiymət cədvəli )
-Xarici passport
– Foto şəkil
Sual – Mən kollec məzunuyam, Türkiyədə universitet oxuya bilərəmmi?
Cavab – Bəli, Türkiyədə kollec diplomu ilə qəbul prosesini həyata keçirə bilərik.
Magistr pilləsinə qəbul üçün tələb olunan sənədlər aşağıdakılardır:
-Bakalavr diplomu və ya arayış
-Transkript ( Təhsil aldıqı universitetin qiymət cədvəli )
-Xarici passport
-Foto şəkil
-Motivasiya məktubu
Sual– Doktoranturaya qəbul olmaq istəyirəm, lakin TOEFL nəticəm yoxdur, müraciət edə bilərəmmi?
Cavab– Bəli, müraciət etməyiniz mümkündür, sadəcə təhsil alacağınız 3 və ya 4 il müddətində TOEFL sertifikatını almağınız mütləqdir.