Polşada Təhsil

Zəngin mədəni irsi və canlı akademik ab-havası ilə Polşa keyfiyyətli təhsil istəyən beynəlxalq tələbələr üçün getdikcə daha populyar bir məkana çevrilib. Polşa dünyanın hər yerindən gələn tələbələr üçün müxtəlif və qonaqpərvər mühit yaratmışdır. Polşanın ali təhsil sistemi universitetlər, texniki universitetlər, tibb universitetləri və özəl kolleclər də daxil olmaqla geniş çeşidli institutlarla xarakterizə olunur. Tədris ili oktyabr və fevral aylarından başlayaraq iki semestrə bölünür: Yaz və Payız semestri.

Apply-UNİ Xaricdə Təhsil olaraq University of Economics and Human Sciences in Warsaw-ın (UEHS in Warsaw) Azərbaycandakı ilk və tək eksklüziv nümayəndəsiyik. Müasir kampusa sahib UEHS in Warsaw, 20 ildən çoxdur Polşanın aparıcı universitetlərindən biridir.

University of Economics and Human Sciences in Warsaw-da təklif edilən fakültələr:

  • Management;
  • Finance and Accounting;
  • Psychology;
  • Political Science;
  • Computer Science;
  • Fashion Design;
  • Philology;
  • Cosmetology;
  • Dietetics;
  • Logistics;
  • Economics;
  • Criminology and Forensic Science;
  • Cybersecurity;
  • Social Media;
  • Cognitive Science;
  • International Relations.

Qəbul prosesi üçün lazım olan sənədlər:

Bakalaviatura:

Attestat

Qiymət cədvəli

Xarici passport

IELTS, TOEFL, Duolingo

 

Magistratura:

Diplom

Diplom əlavəsi

Xarici passport

IELTS, TOEFL, Duolingo

 

Azərbaycanda həmin universitetin təqaüd imtahanlarını da təşkil edirik. Suallar ümumilikdə 40 dənə; 20 sual məntiq və 20 sual ingilis dilindən ibarətdir. Tələbələr maksimum 100%-ə qədər təhsil haqqı təqaüdü qazana bilirlər. Bununla təhsil haqqının ilk ilindən 100% azad olunurlar. İmtahanda həmçinin UEHS in Warsaw-ın nümayəndələri iştirak edir və tələbələrə həm universitet, həm təqaüd, həm də imtahan haqqında kiçik məlumat verirlər. İmtahan hər il 2 dəfə olmaqla yaz və payız semestrləri üçün təşkil olunur (istisna hallarda sadəcə 1 dəfə, payız semestri üçün təşkil olunur). Tələbələrin imtahanda topladığı nəticələrə çoxdan aza doğru sıralanır, beləcə nəticələrə uyğun 10%, 20%, 30%, 50% və 100% endirim təklif olunur.

 

Polşada oxuyacaq tələbə qəbul aldıqdan sonra D tipli Milli Vizaya müraciəti etməlidir ki, bu zaman Polşa dövləti ərazisində 90 gündən çox yaşam icazəsi verilsin. Visa müraciəti etmək üçün tələbələr   http://e-konsulat.gov.pl/  səhifəsinə keçid etdikdən sonra Azərbaycan/Baku Natiaonal Visa seçərək görüş günü üçün qarşısına çıxan registr formu doldurmalıdır. Eyni zamanda çox sayda tələbə görüş üçün yer götürməyə çalışdığından, hər zaman səfirliyin saytında boş yerlər olmaya bilir. Bu səbəbdən tələbələr intensiv olaraq saytı yoxlamalıdır(bəzən günlərlə yer olmaya bilir). Bəzən tələbələr yer götürsələr də formu necə dolduracaqlarını bilmirlər. Bu səbəbdən əvvəlcədən fill in form doldurub özlərini sınaya bilərlər ki, registr formu dolduran zaman sadəcə 15-20 dəqiqəlik zamanları olur. Bir çox tələbə qəbul almazdan əvvəl görüş üçün yer axtarır. Bunu etmək mümkündür, lakin görüş günündə səfirliyin tələb etdiyi sənədlər əskik olduqda ən əsası da universitetin tam qəbul olmadıqda visadan kəsilmə ehtimalı artır. Daha yaxşı olar ki, tələbələr ön qəbul aldıqdan sonra görüş üçün yer axtarsınlar. Görüş günü təyin edildikdən sonra formda qeyd olunan tarixdə səfirlikdə olmaq lazımdır. Bu zaman səfirlik sizdən lazım olan sənədləri tələb edir və müsahibə edilirsiz. Tələb olunan sənədlər:

 

·       Doldurulmuş ərizə. Ərizə Səfirliyin www.e-konsulat.gov.pl. saytında onlayn rejimdə doldurulan

·       Bir ədəd rəngli şəkil, 3,5/4,5 sm, yəni biometrik, aydın, təmiz və konstratlı.

·       Xarici Pasport və xarici pasportda şəkil olan vərəqin kserosurəti. Pasport imzalı olmalır. Vizanın qurtaracağı müddətdən sonra ən azı 3 ay ərzində etibarlı olmalıdır. Xarici pasportda viza üçün ən azı 2 boş səhifə olmalıdır. Əvvəlki şengen vizaları olan səhifələrin surətini əlavə etmək lazımdır

·       Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti

·       Səfərlə bağlı xərclərin ödənilməsinə tələb olunan maliyyə vəsaitinin mövcudluğunu təsdiq edən sənəd (min. 3600 avro və 3 ay ərzində bank hesabından çıxarılır)

·       Sığorta ən azı 30 000 Avroluq, (Polşa səfirliyi tərəfindən tanınan) Avropa Birliyinin bütün üzv ölkələlərində etibarlı olmalıdır

·       Tələbələr üçün əvvəlki təhsil müəssisəsindən arayış (ingilis dilinə tərcümə edilməlidir)

·       Viza anketinin baxılmasına dövlət rüsumu (Azərbaycan vətəndaşlarına milli viza üçün (D) üçün rüsum 80 avro, Viza verilmədiyi halda rüsum geri qaytarılmır. Ödəniş ancaq Konsulluq Şöbəsinin kassasında nağd şəkildə Avro ilə qəbul olunur).

·       Avia Biletin bronu (Baku-Warsawa)

·       Tələbələr üçün: Ali məktəbə qəbul olunma haqqında sənədin əsli və yaxud universitetə qəbul olunması haqqında arayış (növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır).

·       Universitet tərəfindən verilmiş Pr. İnvoice təhsil haqqının ödənilməsini təsdiq edən sənədlər (Məsələn Kapital bankın Ödəniş tapşırığı və SWIFT)

·       Universitet tərəfindən yaşayış yerinin olmasını təsdiq edən sənəd (yataqxana)

Study in Poland

X