Azərbaycanlı tələbələr xaricdə təhsil almaq istədikdə, çox zaman qonşu Türkiyə Universitetlərinə müraciət edirlər. Tələbələrin Tükiyədə təhsil almaq istəməsinin bir neçə səbəbi var. Türkiyə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir, hər kəs keyfiyyətli təhsildən yararlanmaq istəyir. Dövlət Universitetlərində illik təhsil haqqı ölkəmizdəki və digər Avropa Universitetlərindəki təhsil haqqıyla müqayisədə nisbətən qədər aşağıdır. Həmçinin nəqliyyat xərcləri, yaşayış xərcləri aşağı, məsafəsi isə yaxındır. Bunu da qeyd edək ki, Azərbaycan vətəndaşları üçün viza şərti mövcud deyil. Buna görə də tələbələrimiz rahatlıqla Türkiyəyə səfər edə bilirlər. Türkiyə ilə yaxınlığımız və ortaq cəhətlərimizin çox olması orada yaşayıb, mühitə daha tez adaptasiya olmağımızı sürətləndirən faktorlandır.
Şərqi Avropa və Qərbi Asiyanın körpü kimi coğrafiyası ilə birləşdiyi bir ölkə olaraq Türkiyə təhsil sistemi baxımından mühüm dəyişikliklərin şahidi olur. Türkiyənin təhsil sistemi çətinliklərlə üzləşsə də, sürətlə dəyişən dünya ilə ayaqlaşmağa çalışan bir sistemdir. Türkiyənin böyük bir ali təhsil sektoru var və bir çox universitet müxtəlif proqramlar təklif edir. Türkiyə universitetləri beynəlxalq tələbələri cəlb etməklə qlobal arenada tanınıb. Tədqiqat məhsullarının artırılması və xarici institutlarla akademik əməkdaşlığın təkmilləşdirilməsi səyləri bu artan nüfuza öz töhfəsini verib.
Apply-UNİ Xaricdə Təhsil olaraq bir çox Türkiyə universitetləri ilə əməkdaşlıq edirik. Bura aşağıdakı universitetlər daxildir:
- İstanbul Kent Universiteti;
- Antalya Bilim Universiteti;
- Bahçeşehir Universiteti;
- Fenerbahçe Universiteti;
- Bilkent Universiteti;
- Doğuş Universiteti;
Həmçinin Türkiyə Universitetləri Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin hərbirinin öz qəbul şərtləri olur. Bakalaviatura təhsili almaq üçün SAT I, YÖS imtahanı nəticəsi tələb olunarkən, Magistratura təhsilində isə hər bir universitet üzrə fərqlidir. Bəzi universitetlər sadəcə universitet ortalaması ilə, bəzilər isə IELTS, TOEFL, GRE, GMAT kimi imtahanlar tələb edirlər.
Bizim əməkdaşlıq etdiyimiz universitetlərdə isə qəbul prosesi üçün lazım olan sənədlər aşağıdakılardır:
- Bakalaviatura üçün: Attestat, qiymət cədvəli, YÖS və ya SAT I, dil sertifikatı (ALES, TÖMER, IELTS, TOEFL).
- Magistratura üçün: Diplom, diplom əlavəsi, xarici pasport, dil sertifikatı (ALES, TÖMER, IELTS, TOEFL).
Türkiyə universitetlərinin bir çoxunun diplomları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən tanınır. Lakin siz yenə də bunu ETN-yə müraciət edərək tanınması haqqında məlumat əldə edə bilərsiniz. Apply-UNİ Xaricdə Təhsil şirkətinin diplomları ETN tərəfindən tanınır.
Əməkdaşlıq etdiyimiz universitetlərin təhsil haqqı ilə buraya klik edərək keçid edib tanış ola bilərsiniz!