Bakıda-təqüd-imtahanı

Varşavada yerləşən Economics and Human Sciences Universitetindən möhtəşəm təklif!

Varşavada yerləşən Economics and Human Sciences Universitetindən möhtəşəm təklif!

UEHS’in Azərbaycanda rəsmi qəbul şöbəsi olaraq bu imtahan Apply-Uni Xaricdə Təhsil tərəfindən keçirilir.

Bakıda keçiriləcək olan imtahanda qalib olaraq tamamilə 100% PULSUZ və ya 20%-dan 50%-ə qədər təhsil haqqına endirim əldə edə bilərsiniz. İmtahan Bakalvr və Magistr təhsilini İngilis dilində almaq istəyənlər üçün nəzərdə tutulub. İmtahan 1 İyun tarixində Bakıda keçiriləcəkdir. İmtahanda suallar məntiq,  ingilis dilindən olmaqla 40 sual təqdim ediləcəkdir. İmtahan müddəti 1 saat olacaqdır.

  1. İmtahan və müsahibə nəticəsinə görə fərqlənən 1 və 2-ci yeri tutan tələbələr, 100% ödənişsiz təhsil əldə edəcək,
  2. İmtahan və müsahibə nəticəsinə görə fərqlənən 3 və 4-cü yeri tutan tələbələr, təhsil haqqına 50 % endirim əldə edəcək,
  3. İmtahan nəticəsinə görə 5-6-7 və 8-ci yeri tutan tələbələr, 30% endirim əldə edəcək,
  4. İmtahan nəticəsinə görə 9-68-ci arası yer tutan tələbələrə 20% endirim tətbiq olunacaqdır.
  5. İmtahan nəticəsi 68-ci yerdən aşağı olan tələbələrə isə Apply-Uni Xaricdə təhsil şirkəti tərəfindən 400 avro’luq endirim nəzərdə tutulmuşdur.

QEYD:

Endirim ilk il üçün keçərlidir , ikinci il təqaüd almaq istəyən tələbələr isə Rector’s Scholarship Program’ına müraciət edə bilər.  

Hal hazırda Universitetimizdə Bakalavr və Magistr ixtisaslarında illik təhsil haqqı 2400-2800 Avro arasında ixtisasa görə dəyişir , yəni imtahanda iştirak edib təhsil haqqınıza minimum 400 avro və ya  20 % , 30 %, 50%  və 100% -lik endirimlər əldə edə bilərsiniz.

Xüsusi qeyd: 

Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin sürəti və imtahanda iştirak üçün 50 AZN ödəniş etmək lazımdır. İlkin qeydiyyat üçün 0705271040 nömrəsinə, “ad – soyad , imtahanda iştirak ” yazaraq göndərə bilərsiniz.

Onu da qeyd edək ki, Apply-Uni Education olaraq biz UEHS Təqaüd İmtahanını Azərbaycanda artıq 6-ci dəfə olaraq keçirəcəyik, daha öncəki illərin imtahan video reportlarına aşağıdakı linklərdən baxa bilərsiniz.

  1. UEHS Scholarship Exam in Baku / 2019 (by Apply-Uni)
  2. UEHS Scholarship Exam in Baku / 2020 (by Apply-Uni)
  3. UEHS Scholarship Exam in Baku / 2021 (by Apply-Uni)
  4. UEHS Scholarship Exam in Baku / 2022 (by Apply-Uni)
  5. UEHS Scholarship Exam in Baku / 12 yanvar 2022 (by Apply-Uni)
  6. UEHS Scholarship Exam in Baku / 11 iyun 2023 (by Apply-Uni)

Universitet haqqında məlumatı UEHS’də oxuyan Azərbaycanlı tələbələrdən eşitmək istəsəniz aşağıdakı videolara baxa bilərsiniz.

  1. UEHS / Campus videosu / Rektor və Tələbələr
  2. UEHS in Warsaw new Campus video report

Sosial şəbəkədə bizi izləməklə, siz qəbul və viza üçün lazım olan vacib məlumatlar əldə edə bilərsiniz.

Facebook : Apply-Uni Facebook Səhifəsi

İnstagram : Apply_Uni İnstagram Səhifəsi

UEHS in Warsaw universitetinə qəbul olmaq üçün lazım olan sənəd siyahısını, ixtisasları və illik təhsil haqqı qiymətləri öyrənmək üçün də bizə yaza bilər və ya aşağıdakı linkdən keçid edib daha ətraflı məlumat əldə edə bilərsiniz.  

UEHS – İXTİSASLAR, İLLİK TƏHSİL HAQQI VƏ QƏBUL SƏNƏDLƏRİ HAQQINDA MƏLUMAT ÜÇÜN (BURA KLİKLƏYİN) 

Diqqətinizə çatdıraq ki, UEHS’in Azərbaycanda rəsmi qəbul ofisi olaraq qəbul və konsultasiyalarımız pulsuzdur.

 

Telefon :

070 527 10 40 (Zəng və ya  WhatsApp)   

055 527 10 40  (Zəng və ya  WhatsApp)   

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza II, 2-ci mərtəbə

Please enable JavaScript in your browser to complete this form.

Polşada Təhsil

Zəngin mədəni irsi və canlı akademik ab-havası ilə Polşa keyfiyyətli təhsil istəyən beynəlxalq tələbələr üçün getdikcə daha populyar bir məkana çevrilib. Polşa dünyanın hər yerindən gələn tələbələr üçün müxtəlif və qonaqpərvər mühit yaratmışdır. Polşanın ali təhsil sistemi universitetlər, texniki universitetlər, tibb universitetləri və özəl kolleclər də daxil olmaqla geniş çeşidli institutlarla xarakterizə olunur. Tədris ili oktyabr və fevral aylarından başlayaraq iki semestrə bölünür: Yaz və Payız semestri.

Apply-UNİ Xaricdə Təhsil olaraq University of Economics and Human Sciences in Warsaw-ın (UEHS in Warsaw) Azərbaycandakı ilk və tək eksklüziv nümayəndəsiyik. Müasir kampusa sahib UEHS in Warsaw, 20 ildən çoxdur Polşanın aparıcı universitetlərindən biridir.

University of Economics and Human Sciences in Warsaw-da təklif edilən fakültələr:

  • Management;
  • Finance and Accounting;
  • Psychology;
  • Political Science;
  • Computer Science;
  • Fashion Design;
  • Philology;
  • Cosmetology;
  • Dietetics;
  • Logistics;
  • Economics;
  • Criminology and Forensic Science;
  • Cybersecurity;
  • Social Media;
  • Cognitive Science;
  • International Relations.

Qəbul prosesi üçün lazım olan sənədlər:

Bakalaviatura:

Attestat

Qiymət cədvəli

Xarici passport

IELTS, TOEFL, Duolingo

 

Magistratura:

Diplom

Diplom əlavəsi

Xarici passport

IELTS, TOEFL, Duolingo

 

Azərbaycanda həmin universitetin təqaüd imtahanlarını da təşkil edirik. Suallar ümumilikdə 40 dənə; 20 sual məntiq və 20 sual ingilis dilindən ibarətdir. Tələbələr maksimum 100%-ə qədər təhsil haqqı təqaüdü qazana bilirlər. Bununla təhsil haqqının ilk ilindən 100% azad olunurlar. İmtahanda həmçinin UEHS in Warsaw-ın nümayəndələri iştirak edir və tələbələrə həm universitet, həm təqaüd, həm də imtahan haqqında kiçik məlumat verirlər. İmtahan hər il 2 dəfə olmaqla yaz və payız semestrləri üçün təşkil olunur (istisna hallarda sadəcə 1 dəfə, payız semestri üçün təşkil olunur). Tələbələrin imtahanda topladığı nəticələrə çoxdan aza doğru sıralanır, beləcə nəticələrə uyğun 10%, 20%, 30%, 50% və 100% endirim təklif olunur.

 

Polşada oxuyacaq tələbə qəbul aldıqdan sonra D tipli Milli Vizaya müraciəti etməlidir ki, bu zaman Polşa dövləti ərazisində 90 gündən çox yaşam icazəsi verilsin. Visa müraciəti etmək üçün tələbələr   http://e-konsulat.gov.pl/  səhifəsinə keçid etdikdən sonra Azərbaycan/Baku Natiaonal Visa seçərək görüş günü üçün qarşısına çıxan registr formu doldurmalıdır. Eyni zamanda çox sayda tələbə görüş üçün yer götürməyə çalışdığından, hər zaman səfirliyin saytında boş yerlər olmaya bilir. Bu səbəbdən tələbələr intensiv olaraq saytı yoxlamalıdır(bəzən günlərlə yer olmaya bilir). Bəzən tələbələr yer götürsələr də formu necə dolduracaqlarını bilmirlər. Bu səbəbdən əvvəlcədən fill in form doldurub özlərini sınaya bilərlər ki, registr formu dolduran zaman sadəcə 15-20 dəqiqəlik zamanları olur. Bir çox tələbə qəbul almazdan əvvəl görüş üçün yer axtarır. Bunu etmək mümkündür, lakin görüş günündə səfirliyin tələb etdiyi sənədlər əskik olduqda ən əsası da universitetin tam qəbul olmadıqda visadan kəsilmə ehtimalı artır. Daha yaxşı olar ki, tələbələr ön qəbul aldıqdan sonra görüş üçün yer axtarsınlar. Görüş günü təyin edildikdən sonra formda qeyd olunan tarixdə səfirlikdə olmaq lazımdır. Bu zaman səfirlik sizdən lazım olan sənədləri tələb edir və müsahibə edilirsiz. Tələb olunan sənədlər:

 

·       Doldurulmuş ərizə. Ərizə Səfirliyin www.e-konsulat.gov.pl. saytında onlayn rejimdə doldurulan

·       Bir ədəd rəngli şəkil, 3,5/4,5 sm, yəni biometrik, aydın, təmiz və konstratlı.

·       Xarici Pasport və xarici pasportda şəkil olan vərəqin kserosurəti. Pasport imzalı olmalır. Vizanın qurtaracağı müddətdən sonra ən azı 3 ay ərzində etibarlı olmalıdır. Xarici pasportda viza üçün ən azı 2 boş səhifə olmalıdır. Əvvəlki şengen vizaları olan səhifələrin surətini əlavə etmək lazımdır

·       Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti

·       Səfərlə bağlı xərclərin ödənilməsinə tələb olunan maliyyə vəsaitinin mövcudluğunu təsdiq edən sənəd (min. 3600 avro və 3 ay ərzində bank hesabından çıxarılır)

·       Sığorta ən azı 30 000 Avroluq, (Polşa səfirliyi tərəfindən tanınan) Avropa Birliyinin bütün üzv ölkələlərində etibarlı olmalıdır

·       Tələbələr üçün əvvəlki təhsil müəssisəsindən arayış (ingilis dilinə tərcümə edilməlidir)

·       Viza anketinin baxılmasına dövlət rüsumu (Azərbaycan vətəndaşlarına milli viza üçün (D) üçün rüsum 80 avro, Viza verilmədiyi halda rüsum geri qaytarılmır. Ödəniş ancaq Konsulluq Şöbəsinin kassasında nağd şəkildə Avro ilə qəbul olunur).

·       Avia Biletin bronu (Baku-Warsawa)

·       Tələbələr üçün: Ali məktəbə qəbul olunma haqqında sənədin əsli və yaxud universitetə qəbul olunması haqqında arayış (növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır).

·       Universitet tərəfindən verilmiş Pr. İnvoice təhsil haqqının ödənilməsini təsdiq edən sənədlər (Məsələn Kapital bankın Ödəniş tapşırığı və SWIFT)

·       Universitet tərəfindən yaşayış yerinin olmasını təsdiq edən sənəd (yataqxana)

Türkiyədə Təhsil

Azərbaycanlı tələbələr xaricdə təhsil almaq istədikdə, çox zaman qonşu Türkiyə Universitetlərinə müraciət edirlər. Tələbələrin Tükiyədə təhsil almaq istəməsinin bir neçə səbəbi var. Türkiyə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir, hər kəs keyfiyyətli təhsildən yararlanmaq istəyir. Dövlət Universitetlərində illik təhsil haqqı ölkəmizdəki və digər Avropa Universitetlərindəki təhsil haqqıyla müqayisədə nisbətən qədər aşağıdır. Həmçinin nəqliyyat xərcləri, yaşayış xərcləri aşağı, məsafəsi isə yaxındır. Bunu da qeyd edək ki, Azərbaycan vətəndaşları üçün viza şərti mövcud deyil. Buna görə də tələbələrimiz rahatlıqla Türkiyəyə səfər edə bilirlər. Türkiyə ilə yaxınlığımız və ortaq cəhətlərimizin çox olması orada yaşayıb, mühitə daha tez adaptasiya olmağımızı sürətləndirən faktorlandır.

Şərqi Avropa və Qərbi Asiyanın körpü kimi coğrafiyası ilə birləşdiyi bir ölkə olaraq Türkiyə təhsil sistemi baxımından mühüm dəyişikliklərin şahidi olur. Türkiyənin təhsil sistemi çətinliklərlə üzləşsə də, sürətlə dəyişən dünya ilə ayaqlaşmağa çalışan bir sistemdir. Türkiyənin böyük bir ali təhsil sektoru var və bir çox universitet müxtəlif proqramlar təklif edir. Türkiyə universitetləri beynəlxalq tələbələri cəlb etməklə qlobal arenada tanınıb. Tədqiqat məhsullarının artırılması və xarici institutlarla akademik əməkdaşlığın təkmilləşdirilməsi səyləri bu artan nüfuza öz töhfəsini verib.

Apply-UNİ Xaricdə Təhsil olaraq bir çox Türkiyə universitetləri ilə əməkdaşlıq edirik. Bura aşağıdakı universitetlər daxildir:

  • İstanbul Kent Universiteti;
  • Antalya Bilim Universiteti;
  • Bahçeşehir Universiteti;
  • Fenerbahçe Universiteti;
  • Bilkent Universiteti;
  • Doğuş Universiteti;

Həmçinin Türkiyə Universitetləri Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin hərbirinin öz qəbul şərtləri olur. Bakalaviatura təhsili almaq üçün SAT I, YÖS imtahanı nəticəsi tələb olunarkən, Magistratura təhsilində isə hər bir universitet üzrə fərqlidir. Bəzi universitetlər sadəcə universitet ortalaması ilə, bəzilər isə IELTS, TOEFL, GRE, GMAT kimi imtahanlar tələb edirlər.

Bizim əməkdaşlıq etdiyimiz universitetlərdə isə qəbul prosesi üçün lazım olan sənədlər aşağıdakılardır:

  • Bakalaviatura üçün: Attestat, qiymət cədvəli, YÖS və ya SAT I, dil sertifikatı (ALES, TÖMER, IELTS, TOEFL).
  • Magistratura üçün: Diplom, diplom əlavəsi, xarici pasport, dil sertifikatı (ALES, TÖMER, IELTS, TOEFL).

Türkiyə universitetlərinin bir çoxunun diplomları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən tanınır. Lakin siz yenə də bunu ETN-yə müraciət edərək tanınması haqqında məlumat əldə edə bilərsiniz. Apply-UNİ Xaricdə Təhsil şirkətinin diplomları ETN tərəfindən tanınır.

Əməkdaşlıq etdiyimiz universitetlərin təhsil haqqı ilə buraya klik edərək keçid edib tanış ola bilərsiniz!

Study in Poland

X