economic and human sc

UEHS Scholarship

UEHS Scholarship təqüad imtahanı Polşanın Özəl Universitetləri Reytinqində 8-ci yeri tutan University of Economics and Human Sciences in Warsaw üçün nəzərdə tutulub. Təqaüd həm bakalaviatura, həm də magistratura təhsil pilləsini əhatə edir. İmtahan universitetin Azərbaycandakı eksklüziv nümayəndəsi olan Apply-Uni Xaricdə Təhsil tərəfindən Bakıda təşkil olunur. Təqaüd azərbaycanlı tələbələr üçün nəzərdə tutulub. İmtahan sualları 2 sahəni əhatə edir. Bura ingilis dili və məntiq sualları aiddir. İlk öncə ingilis dili üzrə iştirakçıların dil bilikləri, sonra məntiqi təfəkkürü yoxlanılır. İmtahan prosesində University of Economics and Human Sciences in Warsaw-ın nümayəndələri də iştirak edir. Təqaüd 10-100%-dək təhsil haqqının ilk ilini əhatə edir. İştirakçıların imtahanda topladıqları nəticəyə uyğun universitet tərəfindən təqaüd təklif olunur. İmtahan il ərzində 2 dəfə təşkil olunur. İlk imtahan yaz semestri, ikinci imtahan isə payız semestri universitetə müraciət etmək istəyənlər üçün təşkil edilir. UEHS Scholarship Exam-də iştirak haqqı 40 Azn-dir. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi və xarici passport sənədləri lazımdır.

Please enable JavaScript in your browser to complete this form.
munich

Munich Business School Scholarship

Munich Business School Scholarship təqüad imtahanı QS Dünya Universitetləri reytinqinə görə TOP100-də olan Almaniyanın Munich Business School-u üçün nəzərdə tutulub. Təqaüd həm bakalaviatura həm də magistratura təhsil pilləsini əhatə edir. İmtahan universitetin Azərbaycandakı eksklüziv nümayəndəsi olan Apply-Uni Xaricdə Təhsil tərəfindən Bakıda təşkil olunur. Təqaüd azərbaycanlı tələbələr üçün nəzərdə tutulub. İmtahan sualları 3 sahəni əhatə edir. Bura ingilis dili, məntiq və dünya görüşü sualları aiddir. İlk öncə ingilis dili üzrə iştirakçıların dil bilikləri yoxlanılır, sonra məntiqi təfəkkürü, ən sonda isə dünya görüşü üzrə iştirakçıların bilikləri yoxlanılır. İmtahan prosesində Munich Business School-un nümayəndələri də iştirak edir. Təqaüd 10-50%-dək təhsil haqqının ilk ilini əhatə edir. İştirakçıların imtahanda topladıqları nəticəyə uyğun universitet tərəfindən təqaüd təklif olunur. Munich Business School Scholarship Exam-də iştirak haqqı 40 Azn-dir. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi və xarici passport sənədləri lazımdır.

Please enable JavaScript in your browser to complete this form.

Study in Poland

X